featured-image-39350

Xorvatiyanın “Dinamo” komandasının baş məşqçisi Sergey Yakiroviç Mahir Emrelinin XIV turda “Varajdin”lə matçda qol vurmasından danışıb.

Msport.az “Vecernji” nəşrinə istinadən xəbər verir ki, 46 yaşlı hücumçu mətbuat konfransında hücum xəttindəki oyunçular razı qalmadığını bildirib: “Bu qol şübhəsiz ki, Mahir Emreli üçün özünəinam baxımından yaxşıdır. Biz daha çox təhlükə yaratmalıyıq. Tez-tez rəqib qapısını təzyiqdə saxlamalıyıq. Qapıya zərbə vurmasan, fərqlənə bilməyəcəksən”.

Qeyd edək ki, “Varajdin”lə matçda 75-ci dəqiqədə meydana girən Emreli 90+5-ci dəqiqədə komandasını məğlubiyyətdən xilas edib. Görüş 1:1 hesabı ilə başa çatıb.

Bənzər xəbərlər