featured-image-83298

 

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rəşad Eyyubov Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Cəbəllütariq yığması ilə keçiriləcək oyunla bağlı fikirlərini bildirib.

Msport.az xəbər verir ki, o, komandanın toplanışdakı hazırlığından və futbolçuların yanaşmasından razı qaldığını vurğulayıb:

“Bizi bu tsiklin son oyunu gözləyir və bu matçda müsbət nəticə əldə etmək istəyirik. Futbolçularımızdan, onların enerjisindən, inkişaf etmək istəyindən və milli komandaya faydalı olmaq həvəsindən çox razıyam. Bu toplanış bizi daha da birləşdirdi və onu müsbət nəticə ilə başa vurmaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, oktyabrın 6-da “Əlincə Arena”da keçiriləcək Azərbaycan (U-21) – Cəbəllütariq (U-21) oyunu Bakı vaxtı ilə saat 17:45-də başlanacaq.

Bənzər xəbərlər