featured-image-85037

Ukrayna millisinin sabiq baş məşqçisi Yozef Sabo UEFA Millətlər Liqasının son iki turunda Şimali İrlandiya (0:1) və Gürcüstanla (1:0) keçirilən oyunları dəyərlədirib.

Msport.az xəbər verir ki, o, komandanın baş məşqçisi Andrea Malderanın bu postda qalmağa layiq olmadığını düşünür.

Sabo hətta yığmanı yüksək səviyyədə çalışdıra biləcək yerli məşqçilərin adlarını da çəkib. İtaliyalı mütəxəssisin fəaliyyətini “2” balla qiymətləndirən Sabo hazırda “Araz-Naxçıvan”a rəhbərlik edən Yuri Maksimovu bu posta layiq hesab edir: “Bu Malderadan heç nə alınmayacaq və heç bir böyük uğur qazanılmayacaq. Mənim üçün bu posta əsas namizəd Miron Markeviçdir. Digər variantlar kimi Yuri Kalitvintsev və Yuri Maksimovu qeyd etməliyəm”.

Qeyd edək ki, 6 oyunda 7 xal toplayaraq qrupda 3-cü yeri tutan Ukrayna yığması B Liqasındakı yerini qoruyub.

Bənzər xəbərlər