featured-image-85076

Maurisio Poçettino “Mançester Yunayted”in sükanı arxasına keçdikdən sonra ilk açıqlamasını verib.

Msport.az xəbər verir ki, argentinalı mütəxəssis əsas məqsədlərindən danışıb, o, futbolçuların əlavə psixoloji yükləmədən qurtulmalı olduqlarını deyib:

“Ən vacibi mədəniyyət yaratmaqdır. Mövcud vəziyyətə köklənmək doğru deyil, biz klubun potensialına nəzər salmalıyıq. Unutmamalıyıq ki, bu bir oyundur, onunla bağ qura bilmək üçün insan özünü azad hiss etməlidir. Məqsədimiz elə mühüt yaratmaqdır ki, futbolçular özülərini rahat ifadə edə bilsinlər.

Əsas priotetimiz oyunçularla işləmək və onları təzyiqdən azad etməkdir. Təzyiq və məsuliyyət insana enerji verməlidir.

Biz bir olmalıyıq. Azarkeşlər, futbolçular, personal, rəhbərlik və hər kəs arasında vəhdət yaranması çox vacibdir”.

Bənzər xəbərlər