featured-image-85070

“Mançester Yunayted”in kapitanı Bruno Fernandeş karyerasını İngiltərədən kənarda davam etdirə bilər.

Msport.az xəbər verir ki, “Milan” və “Qalatasaray” portuqaliyalı yarımmüdafiəçinin xidmətində maraqlıdır.

32 yaşlı futbolçu gələn ilin iyulunda azad agent statusu ala bilər. “Mançester Yunayted” Fernandeşə müqaviləsini 2029-cu ilədək uzatmağı təklif edib. Lakin hazırda tərəflər arasında yeni sözləşmə ilə bağlı razılıq əldə olunmayıb.

Qeyd edək ki, Bruno Fernandeş ötən il “Əl-Hilal”ın sərfəli təklifini qəbul etməyib. Səudiyyə Ərəbistanı klubu onun transferi üçün “Mançester Yunayted”ə 100 milyon funt sterlinq ödəməyə, futbolçunun özünə isə həftəlik 700 min funt sterlinq maaş verməyə hazır olub. Bu məbləğ portuqaliyalı yarımmüdafiəçinin İngiltərə klubundakı həftəlik 250 min funt sterlinqlik maaşından təxminən 2,8 dəfə çox idi.

Bənzər xəbərlər