Bülent Korkmazın yeni komandası məlum oldu
“Qalatasaray”ın əfsanəvi Bülent Korkmazın yeni iş yeri məlum oldu.
Msport.az xəbər verir ki, 57 yaşlı mütəxəssis 1 Liqa klublarından “Antalyaspor”un sükanı arxasına keçib. O, yeni komandası ilə 1 illik müqavilə bağlayıb.
Bülent Korkmaz daha əvvəl də Antalka klubunda işləyib və 2019-cu ildə bu komandadan ayrılmışdı.
O, son olaraq “Esenler Erokspor”u çalışdırıb.
Xatırladaq ki, Türkiyə millisinin sabiq müdafiəçisi 2009-2010-cu illərdə “Bakı” komandasının baş məşqçisi olub.







