featured-image-945

Almaniya Bundesliqasının 28-ci turunda dünən keçirilən “Frayburq” – “Bayern Münhen”  oyununda (1:4) futbolda nadir hallarda rast gəlinən hadisə baş verib.

Msport.az xəbər verir ki, qonaqlar matçın sonlarına yaxın bir neçə saniyə 12 futbolçu ilə oynayıb. Bu, “Bayern”in əvəzləmə etməsindən sonra baş verib.  Yulian Naqelsmann 84-cü və 85-ci dəqiqələrdə iki dəyişiklik edib.

Marsel Sabitzer Kinqsli Komanı, Niklas Zyule Korentin Tolissonu əvəzləyib. Ancaq Koman meydanı tərk etməyib. Buna görə də Münhen klubu meydanda 12 futbolçu ilə oynayıb. Baş hakim Kristian Dinqert bunu dərhal hiss etməyib. “Bayern Münhen” təxminən 15 saniyə say üstünlüyü ilə oynayıb, bundan sonra matç dayandırılıb. Hakimlər vəziyyəti xeyli müzakirə etdikdən sonra oyunu davam etdirmək qərarına gəliblər.

Bu qarışıqlığa səbəb ehtiyat hakimin elektron tabloda Komanın 11 nömrəsini yox, 29 nömrəni göstərməsi səbəb olub.

Matçdan sonra Naqelsmann baş verənlərlə bağlı deyib: “Ehtiyat hakim səhv nömrə göstərdi.  Koman oyundan çıxmalı olduğunu bilmirdi. Düşünürəm ki, 12 oyunçu ilə matç 8 və ya 9 saniyə çəkdi. Bu, bir az qəribə hadisədir. Azarkeşlərin bu haqda danışması normaldır. Kimin günahkar olduğunu bilirəm, amma ad çəkməyəcəm. Qələbə qazandığımız üçün xoşbəxtəm”.

Bənzər xəbərlər