"Bunun xüsusi bir sirri yoxdur" - Letiç "Neftçi" ilə oyun barədə
“Bu cür vacib oyunda həlledici qola imza atmağım ikiqat sevindirici oldu. Lakin kimin qol vurmasından asılı olmayaraq, əsas komandanın qələbəsidir”.
Bu sözləri Msport.az saytına açıqlamasında “Sabah”ın futbolçusu Boyan Letiç Premyer Liqanın XI turunda səfərdə “Neftçi”yə 1:0 hesabı ilə qalib gəldikləri oyun barədə danışarkən deyib.
Bosniya və herseqovinalı müdafiəçi bildirib ki, əsas kimin qol vurması yox, komandanın qələbəsidir: “Hər bir qol komanda işinin nəticəsidir. Mənim vurduğum qollarda da bütün komandanın əməyi var. Yəni, bunun xüsusi bir sirri yoxdur”.
Letiç vurduğu qolu bu yaxınlarda vəfat edən dostuna həsr etdiyini bildirib: “O, cəmi 1 həftə öncə dünyasını dəyişib. Mənim ən yaxın dostum idi”.