featured-image-755

Türkiyə millisinin yeni kapitanı müəyyənləşib.

Msport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Burak Yılmazın millidəki karyerasını başa vurmasından sonra yeni kapitan Hakan Çalhanoğlu seçilib.

“İnter”in 27 yaşlı futbolçusu İtaliya ilə yoxlama oyunundan əvvəl  keçirilən mətbuat konfransında fikirlərini bildirib: 
“Kapitan olmağın məsuliyyətini anlayıram və bu sarğını qürurla daşıyacağam. Hər kəs öz üzərinə məsuliyyəti götürməlidir, ancaq hər kəsdən birinci bunu mən etməliyəm. 2015-ci ildən bu formanı geyinirəm. Zaman tez keçir. Emre Belözoğlu və Arda Turanla oynadım. Bu ay da Burak Yılmaz millidən ayrıldı”.

 

Qeyd edək ki, Burak DÇ-2022-nin pley-off mərhələsinin yarımfinalında Portuqaliya ilə matçdan (1:3) sonra millidəki karyerasını başa vurduğunu açıqlayıb.

Bənzər xəbərlər