featured-image-4230

“Lill”dən ayrılan türkiyəli hücumçu Burak Yılmaz karyerasını Fransada davam etdirmək istəyir. Msport.az Fransa mətbuatına istinadən xəbər verir ki, 36 yaşlı forvard “Reyms”lə danışıq aparır.

Bu yaxınlarda Türkiyə millisindəki çıxışını başa vuran futbolçu 2 illik müqavilə bağlanılmasını istəyir.  Buraka başqa ölkələrdən təkliflər olsa da, o, Fransada qalmağa üstünlük verir.

Təcrübəli hücumçu son mövsümdə “Lill”in heyətində bütün turnirlərdə 40 oyun keçirib 7 qol vurub və 5 məhsuldar ötürmə verib. Burak Yılmaz 2020\2021-ci illər mövsümündə “Lill”də Fransa çempionu olub.

Bənzər xəbərlər