“Bursaspor” Namik Ələskərova olan borcunu açıqladı - RƏSMİ
Türkiyə “Bursaspor”u borclu olduğu futbolçuların adlarını açıqlayıb.
Msport.az xəbər verir ki, siyahıda Azərbaycan millisinin və “Sabah”ın hücumameyilli yarımmüdafiəçisi Namik Ələskərovun da adı var.
Bursa təmsilçisi 28 yaşlı vingerə 222 min ödəniş etməlidir.
Qeyd edək ki, Namik Ələskərov 2021/2022-ci illər mövsümündə “Bursaspor”un formasını geyinib.








