Bürünc medallar İngiltərənin oldu!
DÇ-2026-da üçüncü yer uğrunda oyun keçirilib.
Msport.az xəbər verir ki, “Mayami Stadium”da Fransa və İngiltərə milliləri üz-üzə gəlib.
İngilislər oyunu 6:4 hesablı qələbə ilə başa vurublar. Beləliklə, İngiltərə yığması 60 il sonra mundialda medal qazana bilib.
Qeyd edək ki, DÇ-2026-nın final matçında İspaniya və Argentina yığmaları qarşılaşacaq. Bu oyun isə iyulun 19-u Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
01:00. Fransa – İngiltərə – 4:6
Qollar: Rays, 3 (0:1), Konsa, 18 (0:2), Saka, 37 (0:3), 45+2 (0:4), Mbappe 48 (1:4), Barkola, 54 (2:4), Mbappe, 66 (3:4), Saka, 88-pen. (3:5), Dembele, 90+6 (4:5), Bellinqem, 90+8 (4:6)







