featured-image-80621

“Barselona”nın sabiq futbolçusu Serxio Buskets Kataloniya klubuna qayıtmağa yaxındır.

Msport.az xəbər verir ki, 37 yaşlı keçmiş yarımmüdafiəçi “Barselona”nın ikinci komandasında baş məşqçi Juliano Bellettinin köməkçisi bilər.

Bildirilir ki, məşqçi lisenziyası olmasa da, klub rəhbərliyi Busketsin təyinatına müsbət yanaşır.

Buskets “Barselona”da 15 mövsüm çıxış edib. Daha sonra o, “İnter Mayami”yə transfer olunub və karyerasını burada başa vurub. İspaniyalı futbolçu “Barselona” ilə 35 titul qazanıb, həmçinin İspaniya millisinin heyətində 2010-cu ildə dünya, 2012-ci ildə isə Avropa çempionu olub.

Bənzər xəbərlər