featured-image-4914

Futbol üzrə İspaniya yığmasının yarımmüdafiəçisi Serxio Buskets hazırda “Barselona”nın baş məşqçisi olan Xavi Ernandesin uğurunu geridə qoyub.

Msport.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi buna UEFA Millətlər Liqasında Portuqaliya ilə 1:1 hesablı heç-heçə etdikləri oyunda nail olub.

Qarşılaşmaya start heyətdə başlayan oyunçu yığmada 134-cü dəfə meydana çıxıb. O, komandada ən çox görüşdə iştirak edən üçüncü futbolçu kimi tarixə düşüb. Millinin sabiq qapıçısı İker Kasilyas 167, hazırda Fransa PSJ-sində çıxış edən Serxio Ramos 180 matçda yığmanın formasını geyinib.

Buskets 2009-cu ildən İspaniya millisində forma geyinir.

Bənzər xəbərlər