featured-image-5086

Ukrayna yığmasının üzvü Aleksandr Zinçenko Uelslə oyunu (0:1) şərh edib.

Msport.az xəbəbr verir ki, “Mançester Siti”nin yarımmüdafiəçisi məğlubiyyətə layiq olmadıqlarını deyib:

“İndi öz emosiyalarımı çatdırmaqda çətinlik çəkirəm. Bizə dəstək olanlara təşəkkür edirəm. Stadionda bizim azarkeşlərə cəmi  1500 yer ayrıldığından təəəssüf ki, istəyənlərin heç də hamısı oyuna gələ bilmədi.

Ukraynalı olduğum üçün fəxr edirəm. Kiminsə meydanda can qoymadığını deyə bilmərəm. Onların qapıçısı oyunu əla keçirdi. O, matçın adamı idi. Qapıçı oyunun adamı olanda bu, o deməkdir ki, digər komanda görüşə tam nəzarət edib.

Düşünmürəm ki, biz məğlubiyyətə layiq idik. Amma bütün Ukraynanın gözlədiyi ən böyük qələbə şər və aqressiya üzərində qələbədir”.

Bənzər xəbərlər