featured-image-8142

İdman Arbitraj Məhkəməsi (CAS) Rusiya Futbol İttifaqının (RFS) FİFA və UEFA-ya qarşı apellyasiyasını rədd edib.

Msport.az xəbər verir ki, CAS RFS-in beynəlxalq turnirlərdən kənarlaşdırılmasına dair qərarı qüvvədə saxlayıb.

UEFA mayın 2-də Rusiya yığması və klublarını 2022/23 mövsümü üzrə bütün yarışlardan kənarlaşdırıb. Bu ölkənin komandaları avrokuboklarda, UEFA Millətlər Liqasında, U-21 Avropa çempionatında, 2022-ci il qadınlar arasında Avropa çempionatında, habelə qadınlar arasında 2023-cü il dünya çempionatının seçmə mərhələsində iştirak etməyəcəklər.

“Zenit”, “Soçi” və Moskva “Dinamo”sunun da bununla bağlı CAS-a şikayəti təmin edilməyib.

Xatırladaq ki, Rusiyaya qarşı sanksiyalar bu ölkənin Ukrayna ərazisində hərbi əməliyyatlar aparması səbəbindən tətbiq olunub.

Bənzər xəbərlər