Çeferin FİFA-ya prezident seçkilərində namizəd olamayacaq
UEFA prezidenti Aleksander Çeferin 2027-ci ildə keçiriləcək FİFA prezidenti seçkilərinə qatılmaq niyyətində deyil.
Msport.az xəbər verir ki, “The Guardian”a istinadən xəbər verir ki, Avropa futbol qurumunun rəhbəri Canni İnfantinoya rəqib olmaq istəmir.
Çeferinin sözlərinə görə, o, FİFA-ya rəhbərkik etməkdə maraqlı deyil. O, UEFA-dakı hazırki işinə yüksək dəyər verir və hesab edir ki. bu vəzifəyə can atmasa, mövqeyi daha möhkəm olacaq.
FİFA-da prezident seçkiləri 2027-ci ilin martında Mərakeşdə keçiriləcək.
Çeferin 2016-cı ilin sentyabrından UEFA-ya rəhbərlik edir. O, həmçinin FİFA-nın vitse-prezidenti postunu da tutur.







