Cəlal Hüseynov oynadı komandası 1/4 finala yüksəldi
Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun çıxış etdiyi “Arda” klubu Bolqarıstan Kubokunda mərhələ adlayıb.
Msport.az xəbər verir ki, komanda 1/8 final mərhələsində “Liteks”lə üz-üzə gəlib.
Rəqibini 4:1 hesabı ilə üstələyən “Arda” 1/4 finala yüksəlib. Hüseynov bu matça start heyətdə başlayıb.
Qeyd edək ki, Cəlal Hüseynov iyunun 24-də Bolqarıstan təmsilçisi ilə üçillik müqavilə imzalayıb.