“Çelsi” 39 futbolçu yola saldı
Londonun “Çelsi” klubu yay transfer pəncərəsində 39 futbolçu ilə yollarını ayırıb.
Msport.az xəbər verir ki, “mavilər” oyunçuların satışından ümumilikdə 160 milyon avrodan çox gəlir əldə edib.
Cəmi 17 futbolçu satılıb, 22 oyunçu isə icarəyə göndərilib. Bundan əlavə, komandanı azad agent statusunda tərk edən dörd gənc futbolçu bu hesaba daxil edilməyib. Bütün satışlara baxmayaraq, “Çelsi”nin əsas komandasının heyətində hələ də 30 futbolçu qeydiyyatdadır.
Satılan və ya icarəyə verilən 39 futbolçu arasında “Mançester Siti”yə 145 milyon avroya keçidi ilə rekord vuran Enzo Fernandes, həmçinin “Aston Villa”ya 75 milyon avroya transfer olunan seneqallı hücumçu Nikolas Cekson xüsusilə seçilir.







