featured-image-79493

“Çelsi” “Atalanta”dan müdafiəçi Marko Palestranın transferini başa çatdırmağa hazırdır.

Msport.az xəbər verir ki, londonlular oyunçu üçün 50 milyon avro ödəmək niyyətindədirlər və bonuslarla ümumi məbləğ 55 milyon avrodan çox olacaq.

“İnter” daha əvvəl oyunçu ilə maraqlanırdı. Mənbənin məlumatına görə, İtaliya klubu “Çelsi”nin təklifini qəbul etməyə hazır deyil. Məlumata əsasən, Palestranın yalnız klubundan son təsdiq alması lazımdır.

21 yaşlı sağ cinah müdafiəçisi ötən mövsümü “Kalyari”də icarə əsasında keçirib. O, 2025/26 mövsümü üçün Seriya A-nın ən yaxşı müdafiəçisi seçilib. O, 37 matçda bir qol vurub və dörd məhsuldar ötürmə edib.

Bənzər xəbərlər