featured-image-2956

“Çelsi” klubun satışı ilə bağlı razılığa gəlindiyini açıqlayıb.

Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “zadəganlar” Todd Boelinin rəhbərlik etdiyi “Los Anceles Dodcers”, “Klirleyk Kapital, Mark Uolter, Hans Yorq Vissə satılıb. Qrup ümumilikdə, ABŞ-İsveçrə konsorsiumunu təmsil edir.

Ümumi investisiyanın 2,5 milyard funtu klubun səhmlərinin əldə olunmasına sərf olunacaq. Bundan başqa, “Çelsi”nin yeni sahibləri klubun gələcək inkişafına 1,75 milyard funt ayıracaqlar. Bura “Stemford Bric” arenasının investisiyaları, akademiya, qadın futbolu, “Kinqsmedeu” stadionu və “Çelsi” fondunun maliyyələşdirilməsi daxildir.

Bütün icazələr alındıqdan son klubun mayın sonunda satışının rəsmiləşməsi gözlənilir.

Bənzər xəbərlər