"Çelsi" Argentina millisinin qapıçısını aldı - RƏSMİ
“Çelsi” Emiliano Martinesin keçidini açıqlayıb.
Msport.az xəbər verir ki, London klubu DÇ-2022-nin qalibini “Aston Villa”dan transfer edib.
Argentinalı qapıçı ilə 3 illik müqavilə bağlanıb.
Mediada yazılan xəbərlərə görə “Çelsi” 33 yaşlı qapıçını 8,7 milyon avroya transfer edib.
Martines 2020-ci ilin sentyabrından “Aston Villa”nın şərəfini qoruyurdu. O, bu müddət ərzində 256 oyunda meydana çıxıb.







