“Milan”ın 2 futbolçusu üçün il bitdi
“Milan” yarımmüdafiəçisi Aleksis Salemakersin sağ topuq nahiyəsindən əməliyyat olunduğunu açıqlayıb.
Msport.az xəbər verir ki, belçikalı futbolçunun bərpası 4-5 ay çəkəcək.
“Milan”ın digər futbolçusu Matteo Qabbia da zədə səbəbindən sıradan çıxıb. Onun sol budunun arxa əzələsində zədə və vətərində qismən zədələnmə aşkarlanıb. Qabbia əlavə tibbi müayinədən keçəcək. Bundan sonra futbolçunun əməliyyata ehtiyacının olub-olmadığı, yaxud konservativ müalicə ilə kifayətlənməyin mümkünlüyü müəyyənləşdiriləcək.
Hər iki halda Qabbianın ən azı 3-4 ay meydana çıxa bilməyəcəyi gözlənilir.







