Vinisius nə vaxt cəzalandırılacaq?
“Real”ın futbolçusu Vinisius Juniorun İspaniya La Liqasının 8-ci turunda “Vilyarreal”la keçirilən görüşdə (1:0) aldığı qırmızı vərəqə ilə bağlı yekun qərarın veriləcəyi tarix məlum olub.
Msport.az xəbər verir ki, İspaniya Futbol Federasiyasının İntizam Komitəsi braziliyalı futbolçunun diskvalifikasiyası ilə bağlı qərarını oktyabrın 15-də açıqlayacaq.
Madrid klubu Vinisiusun qırmızı vərəqəsindən bu gün yerli vaxtla saat 14:00-a qədər apellyasiya şikayəti verə bilər. Eyni müddət müdafiəçi İbrahima Konatenin sarı vərəqəsinə etiraz üçün də keçərlidir.
Adətən bu cür intizam qərarları çərşənbə günləri elan olunur. Lakin oktyabrın 12-si İspaniyada milli bayramla əlaqədar qeyri-iş günü olduğundan qərarın açıqlanması cümə axşamına keçirilib.
Qeyd edək ki, Vinisius “Vilyarreal”ın yarımmüdafiəçisi Natan-Dilan Salibanın saçından dartdığı üçün ən azı iki oyunluq diskvalifikasiya ilə üzləşə bilər.







