“Çelsi” Delapı satdı
“Nottingem Forest” hücumçu Liam Delapı “Çelsi”dən transfer edib.
Msport.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
21 yaşlı futbolçu yeni klubu ilə 5 illik müqavilə imzalayıb. Delap ötən mövsüm “Çelsi”nin heyətində bütün turnirlərdə 47 matçda iştirak edib. Onlardan 5-i Çempionlar Liqasına təsadüf edib. Hücumçu turnirdə ilk qolunu “Barselona”ya qarşı 3:0 hesablı qələbə ilə başa çatan görüşdə vurub.
Daha əvvəl transfer məbləğinin təxminən 52 milyon avro olacağı bildirilmişdi.







