featured-image-81836

“Çelsi”nin yarımmüdafiəçisi Omari Kelliman “Strasburq”a keçib.

Msport.az xəbər verir ki, hücumameyilli oyunçu Liqa 1 təmsilçisi ilə müqavilə imzalayıb.

2024-cü ilin yayında “Aston Villa”dan transfer olunan yarımmüdafiəçi zədə səbəbindən ilk mövsümündə heyətdə möhkəmlənə bilməyib.

Qeyd edək ki, Kelliman ötən mövsümü icarə əsasında “Kardiff Siti”də keçirib və kollektivin Çempionşipə yüksəlməsinə töhfə verib. O, həmçinin “Çelsi”nin mövsümlərarası toplanışında 2 matçda şans qazanıb.

Bənzər xəbərlər