featured-image-81877

“Çelsi” Argentina millisinin qapıçısı Emiliano Martinesi transfer etmək istəyir

Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano paylaşım edib.

London klubu “Aston Villa”da çıxış edən qolkiperi yay transfer pəncərəsi bağlanana qədər heyətə cəlb etmək niyyətindədir.

“Aston Villa” yeni transferi yaponiyalı Dzion Sudzukini 1-ci nömrə etməyi planlaşdırır. Buna görə də Martins Birmingem təmsilçisini tərk etməyə müsbət yanaşır.

“Yuventus”da argentinalı futbolçu ilə maraqlansa da, transfer baş tutmayıb.

Martins 2020-ci ilin sentyabrından “Aston Villa”nın formasını geyinir. Onun müqaviləsi 2029-cu ilin iyununa qədərdi.

 

 

Bənzər xəbərlər