“Çelsi” La Liqadan müdafiəçi gətirir
“Rayo Valyekano”nun müdafiəçisi Pep Çavarriya karyerasını “Çelsi”də davam etdirəcək.
Msport.az xəbər verir ki, London klubu 28 yaşlı futbolçunun transferi üçün La Liqa təmsilçisinə 19 milyon avro ödəyəcək.
Razılaşmaya əsasən, əlavə 2 milyon avro bonus da nəzərdə tutulub. “Transfermarkt” portalı Pep Çavarriyanın transfer dəyərini 10 milyon avro qiymətləndirir.
İspaniyalı müdafiəçi 2025/2026 mövsümündə bütün turnirlərdə 41 oyuna çıxıb. O, bu görüşlərdə 1 qol vurub və 2 məhsuldar ötürmə edib.







