“Çelsi” müdafiəçisini icarəyə verdi
“Çelsi” müdafiəçisi Qenesis Antni icarəyə verib.
Msport.az xəbər verir ki, Premyer Liqa nəhəngi isveçli futbolçunu “Strasbur”a göndərib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 19 yaşlı sağ cinah müdafiəçisi 2026/27 mövsümünü Fransa Liqa 1 təmsilçisinin heyətində keçirəcək.
Qeyd edək ki, Qenesis Antvi 2025-ci ildə “Çelsi”yə qoşulub. Gənc oyunçu London klubunun U-21 komandasında çıxış edirdi.







