featured-image-77367

“Çelsi”nin baş məşqçi vəzifələrini icra edən Kalum Makfarleynin Pro kateqoriyası yoxdur.

Msport.az xəbər verir ki, o, mətbuat konfransında bununla bağlı sualı cavablandırıb:

“Mənim Pro məşqçilik lisenziyam yoxdur. Ötən dəfə bunun əhəmiyyəti yox idi (Mareskanın istefasından sonra), uşaqlar mənə hörmət edirlər. Biz “Lids”lə matçda hücum edib yaxşı oyun göstərməyə hazırıq”.

Makfarleyin Liam Rosenyorun istefasından sonra baş məşqçi səlahiyyətlərini yerinə yetirir.

İngiltərə Premyer Liqasının reqalamentinə əsasən, icra edən şəxs 12 həftədən çox komandaya rəhbərlik edə bilməz.

“Çelsi” bu gün İngiltərə kubokunun yarımfinalında “Lids”lə qarşılaşacaq.

 

 

Bənzər xəbərlər