“Çelsi”nin əfsanəsi vəfat etdi
“Çelsi”nin əfsanəsi Bobbi Temblinq 84 yaşında vəfat edib.
Msport.az xəbər verir ki, veteran futbolçu bir müddət əvvəl artıq yaddaşını itirmişdi.
Temblinq “Çelsi” tarixinin ən yaxşı 2-ci bombardiridir. O, 1959-1970-ci illərdə London klubunun heyətində çıxış edib. Temblinq 370 oyunda 202 qol vurub.
O, “Çelsi”nin ən məhsuldar oyunçuları sırısında yalnız Frenk Lemparddan geri qalır.







