“Çelsi”nin futbolçusu 4 illik diskvalifikasiya olundu
“Çelsi”nin və Ukrayna millisinin üzvü Mixail Mudrik 4 illik diskvalifikasiya olunub.
Msport.az xəbər verir ki, bu qərarı İngiltərə Futbol Asssosiyasiyası verib.
Hazırda məsələ İdman Arbitraj məhkəməsində (CAS) müzakirə olunur.
Qeyd edək ki, 25 yaşlı futbolçu dopinqdən istifadə etməkdə günahlandırılır.
Mudrik 2024-cü ilin noyabrında dopiqdən istifadəyə görə Premyer Liqa oyunlarından uzaqlaşdırılıb.
Yarımmüdafiəçi “Çelsi”yə 2023-cü ilin yanvarında “Şaxtyor”dan keçmişdi.







