“Çelsi”nin hədəfindəki seneqallı
“Everton”un cinah oyunçusu İlimane Ndiaye karyerasını “Çelsi”də davam etdirə bilər.
Msport.az xəbər verir ki, London klubu 26 yaşlı seneqallı futbolçu ilə maraqlanır.
“Çelsi” artıq yay mövsümü ərzində oyunçunun mümkün transferi ilə bağlı sorğu təqdim edib. Ndiaye 2024-cü ildən bəri “Everton”da oynayır. O, İngiltərə klubuna Fransanın “Marsel” klubundan 18 milyon avroya keçib.
2025/26 mövsümündə seneqallı futbolçu bütün turnirlərdə 34 oyun keçirib, altı qol vurub və üç məhsuldar ötürmə edib.
Ndiayenin “Everton”la hazırkı müqaviləsi 30 iyun 2029-cu ilə qədərdir.







