featured-image-77902

“Çelsi”nin sabiq müdafiəçisi Felipe Luis klubun baş məşqçi postuna əsas namizəddir.

Msport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

London klubu bu yay braziliyalı sabiq futbolçusunu baş məşqçi gətirmək istəyir. “Çelsi” rəhbərliyi güman edir ki, Luis komandada əsaslı islahatlar apara biləcək və yeni kollektiv formalaşdıracaq.

O, 2014-2015-ci illər mövsümündə London klubunun şərəfini qoruyub.

Bu ilin martında “Flamenqo”dan istefaya göndərilən 40 yaşlı mütəxəssis o vaxtdan işsizdir.

 

Bənzər xəbərlər