featured-image-3177

“Çelsi”nin yeni sahibləri – Tod Boeli və konsorsiumunun digər rəhbərləri baş məşqçi Tomas Tuhellə əməkdaşlıqda maraqlıdırlar.

Msport.az “The Telegraph”a istinadən xəbər verir ki, Boeli yaxında klubun sədri Brus Brak və direktoru Marina Qranovskaya ilə almaniyalı mütəxəssisin gələcəyi ilə bağlı danışıqlar aparacaq.  Boelinin London klubununun satışının tamamlanmasından əvvəl də Tuhellə əlaqə saxlayacağı gözlənilir. O, 48 yaşlı çalışdırıcıya dəstəyini ifadə edəcək və heyətdə hansı mövqeləri gücləndirmək istədiyini öyrənəcək. Çünki iş adamı yay transfer pəncərəsində futbolçuların keçidi üçün ciddi sərmayə qoymağa hazırlaşır.

Həmçinin Tomas Tuhel də “Çelsi”dən ayrılmaq fikrində deyil.

Qeyd edək ki, bir neçə gün öncə “Çelsi”nin rəsmi saytı klubun satışı üçün Todd Boli, Klarleyk Kapital, Mark Uolter və Hansyorg Uissin başçılıq etdiyi konsorsiumla razılaşdıqlarını açıqlayıb. Satışın may ayının sonunda, bütün lazımi tənzimləyici icazələrin alınması şərti ilə başa çatdırılması gözlənilir.

Bənzər xəbərlər