“Çelsi” qapıçısını Fransaya göndərdi
“Çelsi”nin qapıçısı Filip Yorgensen Fransanın “Strasburq” komandasına icarəyə verilib.
Msport.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.
Danimarkalı qapıçı mövsümün sonunadək Liqa 1 klubunda çıxış edəcək.
Qeyd edək ki, Filip Yorgensen 2024-cü ildən “Çelsi”də çıxış edir. O, ötən mövsüm “zadəganlar”ın heyətində 12 oyuna çıxıb və 17 qol buraxıb, iki matçda qapısını toxunulmaz saxlayıb.







