featured-image-71273

“Çelsi” UEFA Çempionlar Liqasının IV turunda “Qarabağ”la səfər oyunu ilə bağlı Ağdam təmsiçisinə rəsmi bildiriş göndərib.

Msport.az xəbər verir ki, bildirişdə qeyd edilib ki, Bakıda Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matçda “Çelsi”ni 800 nəfər azarkeş dəstəkləyəcək.

“Qarabağ” “Çelsi”yə 1300 nəfərlik yer ayırmışdı.

Qeyd edək ki, oyun noyabrın 5-də saat 21:45-də başlanacaq.

Bənzər xəbərlər