“Çelsi” – “Real” oyununda fransalı hakim
Çempionlar Liqasının 1/4 final mərhələsinin çərşənbə günü keçiriləcək oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb.
Msport.az xəbər verir ki, Londonda “Çelsi” – “Real” oyununda fransalı Kleman Türpenin başçılıq etdiyi briqada iş başında olacaq.
“Vilyarreal” – “Bayern Münhen” matçında isə ədaləti İngiltərədən Entoni Teylor təmin edəcək.
Hər iki oyun aprelin 6-da keçiriləcək.