Çempionlar Liqası: “Atletiko” “Arsenal”la üz-üzə
Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ikinci oyunu keçiriləcək.
Msport.az xəbər verir ki, “Atletiko” Madriddə “Arsenal”la qarşılaşacaq.
Görüş “Metropolitano” stadionunda, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Matçı niderlandlı Denni Makkeli idarə edəcək. Tərəflər arasında cavab görüşü mayın 5-də olacaq.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda PSJ Fransada Almaniya çempionu “Bavariya”nı 5:4 hesabı ilə üstələyib.







