Çempionlar Liqası: İlk finalçı “Arsenal” oldu
UEFA Çempionlar Liqasının ilk finalçısı müəyyənləşib.
Msport.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda “Atletiko” “Arsenal”ın qonağı olub.
Qarşılaşma “Emireyts” stadionunda, Bakı vaxtı ilə saat 23:00-da start götürüb. Matç “Arsenal”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
İlk görüşdə qalib müəyyənləşməyib – 1:1. Beləliklə, iki oyunun nəticəsinə əsasən, “Arsenal” finala vəsiqə qazanan tərəf olub.
Qeyd edək ki, digər finalçı bu gün bəlli olacaq. “Bavariya” PSJ ilə qarşılaşacaq. Birinci qarşılaşmada PSJ qalib olub – 5:4.







