featured-image-82358

“Betis”in futbolçusu İsko yeni rekord müəyyənləşdirib.

Msport.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi Çempionlar Liqasında (ÇL)  bir ölkənin 5 müxtəlif klubunun heyətində çıxış edib. Bu. futbol tarixində ilk belə hal olub.

34 yaşlı oyunçu İspaniyanın “Valensiya”, “Malaqa”, Real”, “Sevilya” və “Betis” klublarının üzvü kimi ÇL-də iştirak edib.

Qeyd edək ki, Ernan Krespo, Stefan Dalmat, Hatem Ben Arfa, Burak Yılmaz və Rahim Sterlinq 4 fərqli klubda qitənin ən nüfuzlu klub turnirində oynayıblar.

İskonun komandası “Betis” dünən liqa mərhələsinin ilk turunda səfərdə “Lil” üzərində 3:2 hesabı ilə qələbə qazanıb.

Bənzər xəbərlər