Çempionlar Liqası: "Mançester Siti" və "Liverpul" yarımfinalda
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.
Msport.az xəbər verir ki, yarımfinalda qarşılaşacaq komandalar məlum olub.
İlk oyunda 3:1 hesabı ilə qələbə qazanan “Liverpul” öz meydanında “Benfika” ilə bərabərə qalıb – 3:3.
Yurgen Kloppun rəhbərlik etdiyi komanda yarımfinalda İspaniya “Vilyarreal”ına rəqib olub.
İngiltərənin digər təmsilçisi “Mançester Siti” isə İspaniyada”Atletiko” ilə üz-üzə gəlib. İlk görüşdə 1:0 hesablı qələbəyə sevinən “şəhərlilər” cavab matçında qolsuz heç-heçə edərək yarımfinala yüksəliblər. Mançester klubu finala gedən yolda “Real Madrid”lə qarşılaşacaq.
Çempionlar Liqası, 1/4 final
Cavab oyunları
13 aprel
“Liverpul” (İngiltərə) – “Benfika” (Portuqaliya) – 3:3
Qollar: İbrahima Konate, 21. Roberto Firmino, 55; 65 – Qonsalu Ramuş, 32. Roman Yaremçuk, 78. Darvin Nunyes, 82
Baş hakim: Serdar Gözübüyük (Niderland)
İlk oyun – 3:1
“Atletiko” Madrid (İspaniya) – “Mançester Siti” (İngiltərə) – 0:0
Baş hakim: Daniel Zibert (Almaniya)
İlk oyun – 0:1
Qeyd edək ki, yarımfinal mərhələsinin ilk görüşləri 26-27 apreldə, cavab qarşılaşmaları isə 3-4 mayda olacaq.