Çempionlar Liqası: “Milan” PSJ-yə, “Barselona” “Şaxtyor”a qarşı
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura yekun vurulacaq.
Msport.az xəbər verir ki, ikinci oyun günündə E, F, G və H qrupunun matçları keçiriləcək.
E qrupunda “Feyenoord” Niderlandda İtaliyanın “Latsio” klubunu, “Seltik” isə Şotlandiyada İspaniyanın “Atletiko” komandasını qəbul edəcək.
F qrupunda İtaliya “Milan”ı Fransada PSJ-nin, Almaniyanın “Borussiya” (Dortmund) kollektivi isə İngiltərədə “Nyukasl”ın qonağı olacaq.
G qrupunda “Leyptsiq” Almaniyada Serbiyanın “Srvena Zvezda” klubu ilə, “Yanq Boyz” İsveçrədə turnirin son qalibi olan İngiltərənin “Mançester Siti” komandası ilə qarşılaşacaq.
H qrupunda isə Ukraynanın “Şaxtyor” (Donetsk) kollektivi İspaniyada “Barselona” ilə, Portuqaliya “Portu”su isə Belçikada “Antverpen” ilə üz-üzə gələcək.
Çempionlar Liqası
Qrup mərhələsi, III tur
25 oktyabr
E qrupu
20:45. “Feyenoord” (Niderland) – “Latsio” (İtaliya)
23:00. “Seltik” (Şotlandiya) – “Atletiko” (İspaniya)
Xal durumu: “Atletiko”- 4, “Latsio” – 4, “Feyenoord” – 3, “Seltik” – 0.
F qrupu
23:00. PSJ (Fransa) – “Milan” (İtaliya)
23:00. “Nyukasl” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya)
Xal durumu: “Nyukasl” – 4, PSJ – 3, “Milan” – 2, “Borussiya” – 1.
G qrupu
23:00. “Leyptsiq” (Almaniya) – “Srvena Zvezda” (Serbiya)
23:00. “Yanq Boyz” (İsveçrə) – “Mançester Siti” (İngiltərə)
Xal durumu: “Mançester Siti” – 6, “Leyptsiq” – 3, “Srvena Zvezda” – 1, “Yanq Boyz” – 1.
H qrupu
20:45. “Barselona” (İspaniya) – “Şaxtyor” (Donetsk, Ukrayna)
23:00. “Antverpen” (Belçika) – “Portu” (Portuqaliya)
Xal durumu: “Barselona” – 6, “Portu” – 3, “Şaxtyor” – 3, “Antverpen” – 0.
Qeyd edək ki, bu turun ilk səkkiz oyunu oktyabrın 24-də keçirilib.