featured-image-1317

Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab görüşlərinə start verilib.

 

Msport.az ilk oyunda 3:1 hesablı qələbə qazanan “Real” “Çelsi”ni bu dəfə evdə qəbul edib. Qarşılaşmanın əsas vaxtı London klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb. Əlavə vaxtda Kərim Benzemanın vurduğu qol Madrid klubunu yarımfinala çıxarıb.

 

Münhendə isə gözlənilməz nəticə qeydə alınıb. “Bayern Münhen” ilk matçda 0:1 hesabı ilə uduzduğu “Vilyarreal”la üz-üzə gəlib. Oyun 1:1 hesabı ilə başa çatıb. Bu nəticə ilə “Vilyarreal” yarımfinala yüksəlib.

 

Qeyd edək ki, 1/4 finalın digər cavab oyunları aprelin 13-də keçiriləcək.

 

Çempionlar Liqası, 1/4 final

Cavab oyunları

12 aprel

23:00. “Real” (İspaniya) – “Çelsi” (İngiltərə) – 2:3

Qollar: Maunt, 15 (0:1), Rüdiqer, 51 (0:2), Verner, 75 (0:3), Rodriqo, 80 (1:3), Benzema, 96 (2:3)

Baş hakim: Şimon Marçinyak (Polşa)

İlk oyun – 3:1

23:00. “Bavariya” (Almaniya) – “Vilyarreal” (İspaniya) – 1:1

Qollar: Levandovski, 52 (1:0), Çukvueze, 88 (1:1)

Baş hakim: Slavko Vinçiç (Sloveniya)

İlk oyun – 0:1

13 aprel

23:00. “Atletiko” (İspaniya) – “Mançester Siti” (İngiltərə)

İlk oyun – 0:1

23:00. “Liverpul” (İngiltərə) – “Benfika” (Portuqaliya)

İlk oyun – 3:1

Bənzər xəbərlər