Çempionlar Liqası: “Sabah” Finlandiya klubu ilə qarşılaşır
Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Sabah” bu gün II təsnifat mərhələsində ilk oyuna çıxacaq.
Msport.az xəbər verir ki, Bakı klubu Finlandiyanın “KuPS” komandasını qəbul edəcək.
“Bank Respublika Arena”da keçiriləcək görüş saat 20:00-da başlanacaq. Polşadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “İctimai TV” vasitəsilə canlı yayımlanacaq.
Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyun
21 iyul
20:00. “Sabah” (Azərbaycan) – “KuPS” (Finlandiya)
Hakimlər: Lukaş Kuzma, Yakub Vinkler, Piotr Podbielski, Marçin Şerboviç
VAR hakimləri: Pavel Maleç, Pavel Pskit (hamısı Polşa)
“Bank Respublika Arena”







