featured-image-77812

Tarixdə ilk dəfə iki ispan baş məşqçi UEFA Çempionlar Liqasının finalında üz-üzə gələcək.

Msport.az xəbər verir ki, bu, İngiltərənin “Arsenal” və Fransanın PSJ komandalarının həlledici matça vəsiqə qazanması sayəsində mümkün olub.

London təmsilçisində Mikel Arteta, Paris klubunda isə Luis Enrike titula sahib çıxmağa çalışacaq. Əvvəllər Çempionlar Liqası və Çempionlar Kubokunda eyni ölkə mütəxəssisləri 4 dəfə münasibətlərə aydınlıq gətiriblər.

Bu, 1979-cu ildə “Nottinqem Forest” (Brayan Klaf) – “Malmö” (Bob Hafton), 2003-cü ildə “Yuventus” (Marçello Lippi) – “Milan” (Karlo Ançelotti), 2013-cü ildə “Borussiya” (Dortmund, Yurgen Klopp) – “Bavariya” (Yupp Haynkes), 2020-ci ildə PSJ (Tomas Tuxel) – “Bavariya” (Hans-Diter Flik) matçlarında yaşanıb.

Onlar müvafiq olaraq İngiltərə, İtaliya və Almaniyadan (hər ikisi) olan baş məşqçilər idi.

Xatırladaq ki, UEFA Çempion Liqasının final matçı mayın 30-də Budapeştdə keçiriləcək.

Bənzər xəbərlər