featured-image-2690

“Şaxtyor” gələn mövsüm Ukraynanı Çempionlar Liqasının qrup mərhələsində təmsil edəcək.

Msport.az xəbər verir ki, “Liverpul” “Vilyarreal”ı məğlub edib finala çıxdığından Donetsk klubu birbaşa qrupda oynamaq imkanı qazanıb.

“Liverpul” bu il Çl-in finalında ya “Mançester Siti”, ya da “Real”la qarşılaşacaq. Hər iki komanda 2022-2023-cü illər mövsümündə qitənin ən nüfuzlu klub turnirində iştirakını yerli çempionat vasitəsi ilə artıq təminat altına alıb.

Reqlamentə əsassən ÇL-in qalibi növbəti mövsümə yerli çempionat vasitəsi ilə vəsiqə qazanırsa, vakant yer yaranır. Bu zaman reytinqdə 12-ci olan ölkənin təmsilçisi vəsiqə əldə edir. Rusiya klubları qitəmiqyaslı yarışlardan kənarlaşdırıldığından onların yerini Ukrayna təmsilçiləri tutacaq.

Ukrayna Peşəkar Futbol Liqasının qərarına əsasən, “Şaxtyor” vaxtından əvvəl 2021-2022-ci illər mövsümünün çempionu elan edilib. Donetsk klubunun gələn mövsüm ÇL-in qrupunda oynamasını yaxın günlərdə UEFA təsdiqləməlidir.

Bənzər xəbərlər