featured-image-70963

2025-26 UEFA Çempionlar Liqasının ümumi mərhələsinin III turu çərçivəsində 21 və 22 oktyabr tarixlərində keçirilən 18 oyunda komandalar ümumilikdə 71 qol vurub.

Msport.az xəbər verir ki, bu göstərici turnirin tarixində məhsuldarlıq baxımından rekord təşkil edir.

Əvvəlki rekord (18 matçda 67 qol) tarixdə iki dəfə qeydə alınıb: cari mövsümün Çempionlar Liqasının 1-ci turunda və ötən kampaniyanın əsas Avropa Kubokunda 5-ci turda.

III turun ilk doqquz oyununda 43 qol vurulub. İkinci oyun günündə komandalar 28 dəfə fərqləniblər. Əsas Avropa Kubokunda bir turda 70-dən çox qol ilk dəfə vurulub.

Qeyd edək ki, hazırda turnir cədvəlinə 9 xal toplayan PSJ başçılıq edir. İkinci yerdə eyni xala malik “Bavariya” qərarlaşıb. Üçüncü yerdən beşinci yerə qədər eyni xala malik “İnter”, “Arsenal” və “Real” yerləşiblər.

Bənzər xəbərlər