featured-image-4733

UEFA Çempionlar Liqasının 2021/22 mövsümünün ən yaxşı gənc futbolçusu məlum olub.

Msport.az xəbər verir ki, “Real”ın hücumçusu Vinisius Junior Çempionlar Liqasının son mövsümünün ən yaxşı gənc futbolçusu seçilib.

21 yaşlı braziliyalı ÇL-də 13 oyun keçirib, 4 qol vurub və 6 məhsuldar ötürmə edib.

O, Çempionlar Liqasının finalında – “Liverpul”la görüşdə (1:0) qələbə qolunu vurub.

Vinisius 2021/22 mövsümündə “Real”la bütün yarışlarda 52 matçda 22 qol vurub və 20 məhsuldar ötürmə edib. Onun Madrid klubu ilə müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir.

Bənzər xəbərlər