featured-image-3131

“Milan”ın texniki direktoru Paolo Maldini komandanın İtaliya çempionatının qalan oyunları ilə bağlı danışıb. Msport.az xəbər verir ki, klubun mətbuat xidmətinə açıqlama verən Maldini, çempionluğa yaxın olduqlarını bildirib:

“Komandada sakitlik hissi yaratmaq vacibdir. Qarşıda cəmi iki oyun qaldığından, çempionluğa yaxınıq. Bunlar asan oyunlar deyil. “Verona” ilə görüş də asan olmadı. Növbəti turda qarşılaşacağımız “Atalanta”nın oyununa baxdım, onlar hələ də Avropaya meydan oxuyurlar. “San Siro”da təzyiq altında olacağıq, amma bacaracağıq”.

A Seriyasının bitməsinə iki tur qalmış “Milan” 80 xalla turnir cədvəlinə başçılıq edir. İkinci sıradakı “İnter”in 78 xalı var. Liderə çempionluq üçün son iki matçda 4 xal da kifayətdir.

Bənzər xəbərlər